Cəlilabadda ev partlayıb
01:24 07 Oktyabr 2015
Cəlilabad rayonunda fərdi evdə partlayışla müşayiət olunan yanğın baş verib.
Femida.az-ın məlumatına görə, hadisə oktyabrın 6-da saat 17.00 radələrində rayonun Uzuntəpə kənd sakini Valeh İsaxan oğlu Sadıqova məxsus birmərtəbəli evdə qeydə alınıb.
Yanğın baş verən zaman evdə yol tikintisində çalışan 10 nəfərə yaxın fəhlə istirahət edirmiş. Hadisədən dərhal sonra onlar evdən çıxmağa cəhd etsələr də, 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Həmin şəxslər Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvə cəlb olunub. Nəticədə 3 otaq və iki eyvandan ibarət evin müəyyən hissəsi qismən yanğından mühafizə edillib. Evin qalan hissəsi isə içindəki əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşüb.
İlkin versiya kimi yanğına elektrik məişət cihazlarından birində baş verən qısaqapanmanın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 703
Oxşar xəbərlər
- Cəlilabadda avtomobil iki piyadanı vurdu
- Cəlilabadda evdən qaçan məktəblilər `Torqovı`da tapıldı
- Cəlilabadda polisi prokurorluğunun qarşısında bıçaqladılar
- Cəlilabadda 3 otaqlı ev yandı
- Cəlilabadda yol qəzası - Yaralılar var
- Cəlilabadda gənc ana intihar etdi
- Cəlilabadda təhlükəli yanğının qarşısı alınıb
- Cəlilabadda abadlıq-quruculuq işləri davam etdiriləcək
- Cəlilabadda yeni müəssisə yaradıldı
- Cəlilabadda su problemi həll olundu