Hərbçi qəzada həlak oldu
14:04 01 Sentyabr 2018
Bakıda dünən baş verən qəzada hərbçi vəfat edib.
Femida.az Qafqazinfo”nun-ya istinadən xəbər ki, hadisə saat 16:40 radələrində Bibiheybət yolunda baş verib. Şəhər istiqamətində hərəkət edən 1985-ci il təvəllüdlü Elnur Abdullayevin idarə etdiyi 99 NH 646 nömrəli “Naz Lifan” markalı avtomobillə əks tərəfdən hərəkət edən 1991-ci il təvəllüdlü Məhəmməd Abıyevin idarə etdiyi “BMW X5” markalı 10 SR 686 nömrəli avtomobil toqquşub.
İlkin məlumata görə, E.Abdullayev yol hərəkəti qaydalarını pozaraq əks yola çıxıb və qəzaya səbəb olub. O, taksi fəaliyyəti ilə məşğul olur. Qəza nəticəsində onun sərnişini, 1994-cü il təvəllüdlü Balarəhim Əliyev hadisə yerində vəfat edib. B.Əliyev Qaradağ rayonunda yerləşən hərbi hissələrin birində Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu olub.
Sürücü E.Abdullayev və digər sərnişini, 1996-cı il təvəllüdlü Rza Rzayev yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. R.Rzayevin vəziyyəti ağırdır.
Oxunub: 383
Oxşar xəbərlər
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Ağır qəza: Ölənlər var
- Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 2 zabit, 4 əsgər ölüb
- Şəmkirdə avtomobil qəzası olub, bir ailənin 4 üzvü xəsarət alıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- İbrahim Tatlısəs yol qəzasına düşüb