Ağdamda çətənə kolları yetişdirən şəxs saxlanılıb


01:58     07 Oktyabr 2015 agdam.jpg

Ağdam rayon Polis Şöbəsi çətənə kollarının əkilib-becərilməsi və alqı-satqısı ilə məşğul olan şübhəli şəxsi saxlayıb.


Femida.az-ın hüquq-mühafizə orqanlarının əməkdaşları rayonun Xındırıstan kənd sakini Firdovsi Allahverdiyevin evində əməliyyat keçiriblər.

Nəticədə həmin şəxsin həyətində becərilmiş çətənə kolları aşkarlanıb.

42 yaşlı F. Allahverdiyev polis tərəfindən saxlanılıb.

Açar sözlər:

Oxunub: 679