Cəlilabadda ana və qızını öldürən şəxs Bakıda tutuldu


15:14     01 Sentyabr 2018 2018/09/celilabad-qetl_1535786143.jpg

Cəlilabad rayonunda ana və qızını qətlə yetirmiş şəxs saxlanılıb.



Femida.az Report-a istinadən xəbər verir ki, rayonun Qarazəncir kənd sakinləri 1932-ci il təvəllüdlü Əsgərova Firuzə və onun qızı, 1972-ci il təvəllüdlü Əsgərova Sənubəri qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini 1984-cü il təvəllüdlü Yaşar Bayramov tutulub.

Məlumata görə, əvvələr məhkum olunmuş Y.Bayramov dünən axşam saatlarında Bakı şəhəri ərazisində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 473