Kremldən İlham Əliyev və Putin arasındakı görüşlə bağlı AÇIQLAMA
15:21 01 Sentyabr 2018
Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək.
Femida.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə açıqlamasında liderlərin əvvəlcə məhdud tərkibdə, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirəcəyini, sənədlərin imzalanacağını və prezidentlərin mətbuata birgə bəyanatda çıxış edəcəyini bildirib.
Kremlin mətbuat xidmətindən bildirilib ki, dövlət başçıları gündəlikdə olan bir sıra mühüm məsələlər, o cümlədən qarşılıqlı faydalı ticarət və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri, aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Sonuncu dəfə Rusiya və Azərbaycan prezidentləri iyunun 13-də Moskvada görüşmüşdü. Həmin vaxt İlham Əliyev futbol üzrə dünya çempionatının açılış mərasimi üçün Moskvaya getmişdi.
Femida.az
Oxunub: 427
Oxşar xəbərlər
- Kremldən Pelosinin İrəvan səfərinə REAKSİYA
- Kreml: "Putin hərbi parada heç bir dövlət liderini dəvət etməyib"
- Kreml: "Ermənistanla Rusiya arasında sənədlər paketi imzalanacaq"
- Kreml: "Ukrayna ilə danışıqlarda hələ ki nəticə yoxdur"
- Kreml Putin və Zelenskinin görüşünün şərtini açıqlayıb
- Kremldən Delyaqinin Azərbaycanı nüvə silahı ilə vurmaq təklifinə REAKSİYA
- Kreml Roman Abramoviçin İstanbul görüşündə iştirakına aydınlıq gətirib
- Kreml: Rusiya və Ukrayna arasında danışıqlar videoformatda keçirilir
- Kreml: Putin, Əliyev və Paşinyan noyabrın 26-da Soçidə görüşəcəklər
- Kreml: “Qarabağla bağlı üçtərəfli bəyanat son dərəcə vacib əhəmiyyət kəsb edir”