İlham Əliyev yol açılışında


02:13     07 Oktyabr 2015 ilham30.jpg

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 6-da yenidən qurulan Göyçay-Ucar avtomobil yolunun açılışında iştirak edib.


Femida.az-ın məlumatına görə, “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov dövlət başçısına Göyçay-Ucar avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verərək bildirib ki, 3-cü texniki dərəcəli bu yolun uzunluğu 20 kilometrə yaxındır. Eni 12 metr olan yolda iki hərəkət zolağı var. Yol üzərində müxtəlif qovşaqlar, həmçinin bir dəmiryol körpüsü yerləşir.

Dövlət başçısı rəmzi açılışını bildirən lenti kəsib.

Açar sözlər:

Oxunub: 789