Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” qanuna dəyişikliyi təsdiqlədi


21:00     04 Aprel 2015 Ilham%20Aliyev_1.jpg


Azərbaycan prezidenti İlham Əliyev “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2015-ci il 6 mart tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.


Femida.az-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

 

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Dəyişikliyə əsasən, qanunun 6.3-cü maddəsində “siyasi” sözü “bu qanunun 4-cü maddəsinin dördüncü hissəsi istisna olmaqla, siyasi” sözləri ilə əvəz edilib.


Femida.az

Açar sözlər:

Oxunub: 622