YAP-ın Göyçayda yeni binası istifadəyə verilib


04:16     07 Oktyabr 2015 il3.jpg

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 6-da Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.


Femida.az-ın məlumatına görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsərək, ikimərtəbəli binada yaradılan şəraitlə tanış olub.

Binada akt zalı, elektron kitabxana, Yeni Azərbaycan Partiyası rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi üçün otaqlar var. Binadakı 120 yerlik konfrans zalında istər təşkilatın fəaliyyəti, istərsə də rayonun həyatında baş verən mühüm ictimai-siyasi hadisələrlə bağlı tədbirlər keçirmək mümkündür.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının 7663 üzvü var.

Açar sözlər:

Oxunub: 1071