Xocavənddə raket tapıldı
01:58 03 Sentyabr 2018
Daxili İşlər Nazirliyinin "102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xocavənd rayonu, Qaradağlı kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
Femida.az ANAMA-ya istinadən xəbər verir ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə "KRAUN KO.R" MMC-nin ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən əraziyə sonradan gətirilmiş 1 ədəd PQ-7VM raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Femida.az
Oxunub: 332
Oxşar xəbərlər
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Xocavənddə qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs həbs edilib
- Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb
- Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
- Xocavənddə avtobus qəzasında yaralanan 16 nəfər Bakıya təxliyə edilib
- Xocavənddə tikinti şirkətinin əməkdaşında narkotik aşkarlanıb
- Xocavənddə erməni hərbçinin meyitinin qalıqları tapılıb
- Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
- Xocavənddə icazəsiz daxil olan şəxs saxlanılıb - FOTO
- Xocavənddən ehtiyat hissəsi aparmaq istədilər, polis saxladı