Ermənistan daha bir əsgərini itirdi - Düşmən ordusunda nə baş verir?


14:18     03 Sentyabr 2018 bir%20ermeni%20de%20bele%20getdi.jpg

Ermənistan ordusunda daha bir intihar hadisəsi baş verib.

Femida.az erməni mətbuatına istinadən xəbər verir ki,hadisə Azərbaycanın işğal altında olan Qarabağ ərazisində yerləşən hərbi hissələrin birində baş verib.2 sentyabr 21:00 radələrində işğalçı ölkənin əsgəri aldığı güllə yarasından ölüb.İlkin versiyaya görə,əsgər intihar edib.Məlumata görə,Vanik Artur Gevoryan 1996-cı ildə İrəvanda anadan olub.Faktı rəsmi mənbələr də təsdiqləyib.
Hadisə ilə bağlı cinayət işi açılıb,araşdırma aparılır.

Qeyd edək ki, ciddi problemlər yaşayan düşmən ordusunda intihar halları tez-tez baş verir.Çox zaman əsgərlərin ölümü ilə bağlı açılan cinayət işləri araşdırma aparılmadan bağlanır.Bu isə zaman-zaman əsgər valideynlərinin rəsmi idarələrin qarşısında kütləvi mitinqi ilə müşahidə olunur.

Miri Məcidli
Femida.az


Açar sözlər: #ermənistan   əsgər  

Oxunub: 260