Kabildə deputatlığa namizəd öldürüldü


15:37     03 Sentyabr 2018 kabil1.jpg

Əfqanıstan parlamentinə deputat seçilməyə namizəd Ənvər Niyazi dünən gecə paytaxt Kabildəki terror hücumu nəticəsində öldürülüb.


Femida.az report-a istinadən xəbər verir ki, Ə.Niyazinin getdiyi avtomobili maqnitli bomba ilə partladılıb. Siyasətçini müşayiət edən üç nəfərin yaralandığı bildirilir.

Hələlik ölkə daxilində fəaliyyət göstərən hökumət əleyhinə olan qruplaşmalardan heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, Əfqanıstanda parlament seçkiləri bu il oktybarın 20-nə planlaşdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 217