Türkdilli Dövlətlərin növbəti sammiti Bakıda keçiriləcək


18:31     03 Sentyabr 2018 18_09_03_1535970748.jpg


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammiti 2019-cu ildə Bakıda keçiriləcək.

Femida.az-ın məlumatına görə, bunu təşkilatın Baş katibi Baqdad Amreyev deyib.

O bildirib ki, Qırğızıstanda başa çatmış sammitdə birgə bəyannamə imzalanıb ki, bu sənəddə təşkilatın fəaliyyətinin bütün istiqamətləri, eləcə də türk dövlətlərinin inkişaf konsepsiyası öz əksini tapıb.

Baş katib əlavə edib ki, sammitin daha bir vacib məqamı Macarıstanın müşahidəçi statusunun alması olub. Hazırda isə Özbəkistanın Şuraya üzvlük məsələsi müzakirə olunur.

Femida.az

Açar sözlər: türk  

Oxunub: 357