Qonşusunu bıçaqlayan kişi: “Özümü saxlaya bilmədim”


14:32     07 Oktyabr 2015 noj.jpg

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.


Femida.az xəbər verir ki, hadisə Hökməli qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında qeydə alınıb. Marketin yaxınlığında yaşayan İlqar Fikrət oğlu Yusubov qonşusu İlyas Nəriman oğlu Mehrəliyev tərəfindən bıçaqlanıb.

Saxlanılan İlyas Mehrəliyev ilkin dindirilmə zamanı İlqar Yusubovla aralarında baş vermiş mübahisənin səbəblərindən danışıb, peşiman olduğunu da bildirib:

“Maşını saxlayıb silirdim. Qonşu gəlib dedi ki, sən buradan sürətlə keçmisən, mən də cavab verdim ki, elə şey olmayıb. Qışqıra-qışqıra üstümə gəldi. Söyüş söydü, mən də özümü saxlaya bilmədim, bıçaqladım. Peşimanam, çünki qonşuyuq ”.

İlyas Mehrəliyev qonşusunu bıçaqlayandan sonra Abşeron Rayon Polis İdarəsinə gələrək könüllü təslim olub. Faktla bağlı başlanan cinayət işinin istintaqı davam edir.

Açar sözlər:

Oxunub: 937