Gəncənin icra başçısı özünə yeni köməkçi təyin etdi


23:21     03 Sentyabr 2018 2018/08/niyazi-bayramov_1535694409.jpg


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov özünə yeni köməkçi təyin edib.

Femida.az-ın "Report"a istinadən məlumatına görə, bu vəzifəyə bundan əvvəl də N.Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı olduğu dövrdə onun köməkçisi işləmiş Kamran Məhərrəm oğlu Məhərrəmov gətirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş icra başçısı Elmar Vəliyevin köməkçisi işləmiş Tural Yaşar oğlu Hacızadə isə ŞİH başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin olunub.

Femida.az

Açar sözlər: Gəncə   icra  

Oxunub: 429