Aviasiya bölmələri Naxçıvan səmasında


00:14     04 Sentyabr 2018 2018/09/2d96b405-ca90-42c2-a096-d22016c20c56_1535991321.jpg


Naxçıvanda aviasiya bölmələri təlim-məşq uçuşları keçirib.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, uçuşlar zamanı SU-25 hücum təyyarələri və Mİ-35 atəş-dəstək helikopterləri ilə hava hücumundan müdafiə vasitələrinin təsirinin dəf edilməsi üçün ən aşağı hündürlükdə mürəkkəb pilotoji manevrlər yerinə yetirilib.

Mİ-17 nəqliyyat-döyüş helikopterləri ilə gənc pilotların yüksək dağlıq ərazidə məhdud ölçülü meydançaya enmə vərdişləri təkmilləşdirilib.

Femida.az

Açar sözlər: Naxçıvan  

Oxunub: 296