Cəbhədə gərgin gecə: Düşmən susduruldu
14:31 07 Oktyabr 2015
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 70 dəfə pozub.
Femida.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Qızıloba, Ağdam rayonunun Sarıcalı, Mərzili, Yusifcanlı, Kəngərli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 95 dəfə atəş zərbəsi endirib.
Oxunub: 952
Oxşar xəbərlər
- Cəbhədə son vəziyyət - Atışma səngimir
- Cəbhədə atəş səsləri - İriçaplı pulemyotlar işə düşüb
- Cəbhədə təxribat davam edir - Atəşkəs pozuldu
- Cəbhədə yenə güllə səsləri eşidildi - Nazirlik məlumat yaydı
- Cəbhədən son xəbər
- Cəbhədə gərgin gecə - Kəndlərimiz atəşə tutulub
- Cəbhədə nə baş verib?
- Cəbhədə son vəziyyət
- Cəbhədə son durum
- Cəbhədən son xəbər