ATƏT-in baş katibi Bakıya gələcək


15:57     04 Sentyabr 2018 18_09_04_1536047906.jpg

ATƏT-in baş katibi Tomas Qreminger Azərbaycana səfər edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Femida.az -a bildirib ki, səfər sentyabrın 11-də baş tutacaq.

Onun sözlərinə görə, T.Qremingerin Bakıya səfəri çərçivəsində keçərəcəyi görüşlərdə qurumla Azərbaycan arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, Tomas Qreminger sentyabrın 4-də Ermənistanda işgüzar səfərdə olacaq.

Açar sözlər:

Oxunub: 362