Baş naziri qoruyan polislər qəzaya düşdü - 25 yaralı


14:42     07 Oktyabr 2015 53461.jpg


Türkiyənin Ərzurum vilayətində polisləri daşıyan avtobus idarəetməni itirərək aşıb.

Femida.az türk KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 25 polis əməkdaşı yaralanıb.

Mətbuatın yaydığı məlumata görə, polislər Türkiyənin baş naziri Əhməd Davudoğlunun Ərzurumdakı mitinq təhlükəsizliyini təmin etmək üçün yola düşüblərmiş.

Açar sözlər:

Oxunub: 907