Təhsil Nazirliyi: Heç bir direktor və ya müəllim məktəbli forması sata bilməz


21:46     04 Sentyabr 2018 18_09_04_1536068863.jpg


"Heç bir məktəb rəhbəri və ya müəllimi məktəbli formasının satışı ilə məşğul ola bilməz".

Femida.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Nazirlik rəsmisi xatırladıb ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəblərində təhsilalanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur.

C.Valehov qeyd edib ki, məktəb məktəbli formasının satışı ilə məşğul olmur: "Valideynlər məktəbli formasını istənilən ticarət obyektindən əldə edə bilərlər".

Femida.az

Açar sözlər:

Oxunub: 327