Türkiyədən qaçaqmalçılıqla gətirilən xəz kürklər saxlanıldı


23:45     04 Sentyabr 2018 18_09_04_1536074516.jpg

Gömrükçülər külli miqdarda xəz geyiminin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə xəz geyimlərinin Türkiyədən qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikasına, oradan isə hava nəqliyyatı vasitəsilə Bakı şəhərinə gətirilməsi haqqında əməliyyat məlumatı daxil olub. Bu məlumat əsasında, Naxçıvan-Bakı aviareysi ilə gələn yükü qarşılayan Azərbaycan vətəndaşı Cehrun Əliyev gömrük əməkdaşları tərəfindən nəzarətə götürülüb. Vətəndaş həmin aviareyslə gələn baqajı qəbul edərkən saxlanılıb.

Üç ədəd qutu və iki ədəd çantadan ibarət olan baqaj yoxlanılarkən cəmi 64 ədəd müxtəlif etiketli xəz kürklər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 270