Qurban Qurbanov Avropada 48 məşqçi arasında birinci oldu


19:13     05 Sentyabr 2018 18_09_05_1536146095.jpg


UEFA Avropa Liqasının cari mövsümündə iştirak edən klublarda ən uzun müddət çalışan məşqçilərin siyahısını açıqlayıb.

Femida.az xəbər verir ki, qrup mərhələsində iştirak edəcək 48 klub arasında rekord "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanova məxsusdur. Ağdam klubunun baş məşqçisi "Kopenhagen"nin "sükanı arxası"nda olan Stale Solbakkeni geridə qoyub. Norveçli mütəxəssis 2013-ci ildən Danimarka təmsilçisini çalışdırır. Qurbanov isə 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir.

Qeyd edək ki, ötən mövsüm Çempionlar Liqasında da Qurban Qurbanov bu göstəricidə hamıdan öndə idi.

Femida.az

Açar sözlər: Qarabağ  

Oxunub: 338