Erməni məmurlardan 50 milyon dollarlıq yeyinti


20:27     05 Sentyabr 2018 1445850056_2015-06-02-14-41-58hebs-olundu-liderxeber-yeni-full-qandal-640.jpg

Ermənistan Baş Prokurorluğu "Şimal-Cənub" avtodəhlizinin tikintisi zamanı baş vermiş vəzifə səlahiyyətlərindən sui istifadə və digər qanun pozuntuları ilə bağlı cinayət işi açıb.

Baş vermiş qanun pozuntuları səbəbindən dövlət büdcəsinə 23,5 milyard dram (48,69 milyon ABŞ dolları) zərər dəyib.

Baş Prokurorluq Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Şimal-Cənub avtodəhlizi" layihəsinin həyata keçirilməsi üzrə arayışlarını yoxlayan zaman müəyyən edib ki, səlahiyyətli şəxslər 2009-2018 illər ərzində əsassız şəkildə və araşdırma aparmadan layihənin həyata keçirilməsi və tikinti üzrə məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələri dəfələrlə dəyişib, müqavilələrə səmərəsiz və əsassız işlər əlavə ediblər.

Müqavilələrdə həmçinin qiymətlərin şişirdilməsi halları olduğu, həmçinin göstərilən xidmətlərə təkrar və ya ehtiyac duyulmayan işlər əlavə olunduğu müəyyən edilib./ Report

Femida.az

Açar sözlər:

Oxunub: 204