Ermənilərin növbəti oğurluğu (VİDEO)


15:56     07 Oktyabr 2015 koceri6.jpg

Azərbaycanın milli rəqsi olan “Köçəri” son dövrlər erməni rəqsi kimi təqdim olunur. Hətta ermənilər İrəvanın mərkəzi hissələrində bu rəqsin sədaları altında “Flashmob” belə keçirmişdilər. İş o yerə gəlib çatıb ki, erməni toylarında bu rəqsin ifa olunması adət halına çevrilib. Erməni KİV-lərində “Köçəri” rəqsi elə təqdim olunur ki, sanki bu rəqs erməni mədəniyyətinin qədim, nadir incisidir.


Femida.az olaraq rəqsin etimologiyasını araşdırmağı özümüzə borc bildik.
Əvvəlcə onu qeyd edək ki, “Köçəri” Azərbaycanın milli rəqsi olan yallının bir növüdür. “Köçəri” sözünün azərbaycanca mənası bir yerdə qərar tutmayan, tez-tez yerini dəyişən deməkdir. Bu amil rəqsin də gedişində özünü göstərir. Belə ki, rəqs edənlər bir-birlərinin kəmərlərindən tutaraq, dairəvi yallı gedirlər. Rəqs ritmikdir, əsasən balaban və nağara ilə müşaiyət olunur.

Qədim tarixə malikdir....



Köçəri rəqsi əsasən Naxçıvanda geniş yayılıb. Qərbi Azərbaycanda (indiki Ermənistan), azərbaycanlılar oradan tamamilə deportasiya edilməzdən əvvəlki zamanlarda, azərbaycanlıların ifa etdikləri populyar rəqs idi. Qədim tarixə malik Naxçıvan diyarının Şərur, Sədərək, Kəngərli, Culfa və Şahbuz rayonlarının folklor kollektivləri tərəfindən repertuara daxil edilib və toy şənliklərimizə xüsusi rövnəq verir. Xüsusən Naxçıvanda el şənliklərində geniş ifa edilir. Rəqsin adından göründüyü kimi, onun yaradıcıları köçərilərdir. Eyni zamanda Azərbaycan xalqının sevimli rəqsləri silsiləsinə daxildir.

“Köçəri” rəqsindən bir parçanı təqdim edirik:

«Köçəri» çal, köçən mənəm,
Yurd yerindən pərən-pərən.
Çal, gora gedən qız mənəm,
Özüm oynayım, oynayım.

Digər rəqslərimizdən seçilmir….

Digər Azərbaycan xalq rəqsləri kimi, “Köçəri” rəqsi də bir qayda olaraq, 3 hissədən ibarətdir: Birinci hissə sürətlidir və dairə üzrə rəqs edirlər. İkinci hissə lirikdir. Yəni rəqqas sanki yerində donub qalır və bədənin qaməti qəti və vüqarlı tərzdə dik durur. Üçüncü hissədə isə yenə dairə üzrə rəqs, sürətli, təntənəli və böyük emosional coşğunluqla ifa olunur. Rəqs edənlər bir-birlərinin kəmərlərindən tutaraq, dairəvi yallı gedirlər. Köçəri rəqsini əksər hallarda kişilər ifa edirlər.

Göründüyü kimi, “Köçəri” rəqsinin ermənilərlə heç bir bağlılığı yoxdur. Qədim tarixə malik bu rəqs, Azərbaycanın folklor nümunəsidir. Əfsuslar olsun ki, ermənilər digər incəsənət nümunələrimiz kimi bu əsəri də özününküləşdirmək niyyətindədir. Ümid edirik ki, onlar bu mənfur niyyətlərinə nail olmayacaqlar. Bunun üçün ümummilli mübarizəyə ehtiyac yaranır. Ermənilərə qarşı informasiya müharibəsi aparmaq zərurəti meydana çıxır. Erməni yalanlarını yerindəcə ifşa etdikcə, onlar da öz niyyətlərindən əl çəkərlər. Bu baxımdan bütöv xalq kimi bu mübarizədə üzərimizə böyük yük düşür.

Femida.az ermənilərin köçəri rəqsini necə özününküləşdirm
si ilə bağlı videoları ictimaiyyətə təqdim edir:










Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3021