Tramp Əsədi öldürtmək istəyib? - Şok faktlar açıqlandı


00:13     06 Sentyabr 2018 18_09_05_1536161398.jpg

ABŞ-ın keçmiş prezidenti Riçard Niksonun istefasına səbəb olan, “Uoterqeyt” qalmaqalını ortaya çıxardan tədqiqatçı jurnalist Bob Vudvard ABŞ prezidenti Donald Tramp haqqında kitab yazıb.


Femida.az “T24”ə istinadən xəbər verir ki, kitabda Trampın Suriya prezidenti Bəşər Əsədin öldürülməsini istəməsindən Ağ Evdə Trampın önündən sənədlərin oğurlanmasına dair bir çox iddialar var.

Vudvard Trampın keçmiş vəkilinin Rusiya istintaqında ifadə verəcəyi təqdirdə həbsə girə biləcəyi barədə də xəbərdarlıq edib.

“Qorxu: Ağ Evdə Tramp” adlı kitabın əsas mövzusu ABŞ prezidenti Trampın özü və bütün ölkə üçün fəlakətə səbəb ola biləcək niyyətlərini idarə etmək və fəlakətlərin qarşısını almaq üçün yaxın ətrafının yaratdığı gizli intriqalardır.

Vudvardın toplantı qeydlərindən, gündəliklər və rəsmi sənədlərdən ibarət kitabın bəzi bölümləri “Vaşinqton Post” qəzetində çap olunub. Kitabda Trampın qlobal proseslərlə bağlı məlumatsızlığı və laqeydliyinin beynəlxalq təhlükəsizlik xidmətini də çətinliyə saldığı bildirilib.

Jurnalistin yazdıqlarına görə, Ağ Evin baş katibi Con Kelli də iş yoldaşlarına Trampın əsəblərinə hakim ola bilməyən biri olduğunu söyləyirmiş:

“O, ağılsızdır. Onu hər hansı bir mövzuda razı salmağa çalışmağın heç bir mənası yoxdur. Reysdən çıxmış “Dəlilər şəhəri”ndəyik. Niyə buradayıq onu da bilmirəm. Həyatımda gördüyüm ən pis iş”, - deyə Kellinin toplantıların birində Tramp haqqında bu ifadələri işlətdiyi qeyd olunub.

Açar sözlər:

Oxunub: 235