İnsan alverinə görə axtarışda olan qadın tutulub


15:01     06 Sentyabr 2018 18_09_06_1536217432.jpg

Polis axtarışda olan şəxsi saxlayıb.


Femida.az xəbər verir ki, Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə axtarışda olan Hüseynova Günel Bəylər qızı DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. Onun günahı sübuta yetiriləcəyi təqdirdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, G.Hüseynova 1992-ci ildə Daşkəsən rayonunda anadan olub. Gəncə şəhər sakinidir.

Femida.az

Açar sözlər:

Oxunub: 309