6 nəfər birdən niyə intihar etmək istəyib? - Maaş qalmaqalı
16:05 06 Sentyabr 2018
Xəbər verdiyimiz kimi, Bakıda 6 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edib. Xətai Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilib ki, onlar “Aves” MTK adlı özəl şirkətin işçiləri olub və əməkhaqqını ala bilmədikləri üçün bu addımı atıb:
“Aves” MTK-dan işdən azad olunduqlarına və hər biri 1200 AZN məbləğində iki aylıq əmək haqlarını ala bilməmələrinə etiraz əlaməti olaraq Sabunçu rayon sakinləri 1993-cü il təvəllüdlü Əmrahlı Kənan Hafiz oğlu, 1993-cü il təvəllüdlü Yariyev Sabir Aslan oğlu,1995-ci il təvəllüdlü İsmayılov Emin Nağı oğlu,1992-ci il təvəllüdlü Mehdiyev Xəyal Səhadət oğlu,1995-ci il təvəllüdlü Yarızadə İbrahim Aslan oğlu,1991-ci il təvəllüdlü Yarıyev Qaytaran Aslan oğlu fəhlə işlədikləri “Aves” MTK-ya məxsus Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 1146 saylı ünvanda yeni inşa edilmiş 16 mərtəbəli binanın qarşısında quraşdırılmış qaldırıcı kranının üzərinə çıxaraq intihara cəhd edib”.
Qeyd edək ki, “Aves” şirkətinin rəhbər işçiləri tərəfindən aparılan profilaktik söhbətlər nəticəsində intiharın qarşısı alınıb.
Femida.az
Oxunub: 220
Oxşar xəbərlər
- 6 nəfərin öldüyü qəza ilə bağlı ŞOK: Sürücülük vəsiqəsi olmayan sürücü görün kimdir
- 62 erməni hərbçisi Azərbaycanın 7 xüsusi təyinatlısına necə təslim oldu?
- 65 yaşlı kişinin meyiti tapılıb
- 6 manata görə quldurluq etdilər
- 6 yaşlı uşağa it HÜCUM ETDİ
- 6 uşaq sığınacaq və körpələr evinə yerləşdirilib
- 690 bal toplayan Prezident təqaüdçüsü yol qəzasında öldü
- 66 qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib
- 6 ildə İİV-in anadan uşağa yoluxması qeydə alınmayıb
- 6 xəstəxanada pozuntular aşkarlandı - Sənədlər Baş Prokurorluğa göndərilib