Salyan sakinindən ov tüfəngi götürülüb


17:33     06 Sentyabr 2018 tufeng20150725.jpg

Göygöl rayon sakinindən tapança, Salyan rayon sakinindən isə ov tüfəngi götürülüb.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, narkotik vasitə ilə tutulmuş Arif Allahverdiyevin evinə Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən baxış zamanı kustar üsulla hazırlanmış tapança aşkar edilərək götürülüb.

Bundan əlavə, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Seyidsadıqlı kənd sakini Məmmədtağı Tağıyevin evinə baxış zamanı müvafiq sənədi olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 414