Sayt rəhbərinə xəbərdarlıq edildi


23:19     13 May 2015 Prokurorluq%20yen%20%20070714.jpg

Azərbaycan Mətbuat Şurasının müraciəti əsasında Baş Prokurorluqda aparılmış araşdırmalarla Jurnalist Araşdırma Mərkəzinin (JAM.az) internet saytında müxtəlif dövrlərdə həqiqətə uyğun olmayan, qərəzli, insanların şərəf və ləyaqətini alçaldan, eyni zamanda onları nüfuzdan salan böhtan və təhqir xarakterli informasiyaların yayılması müəyyən edilib.

Bununla əlaqədar agentliyin rəhbəri Fikrət Fəraməzoğlu Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq qərəzli, reallığa uyğun olmayan, böhtan və təhqir xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Açar sözlər:

Oxunub: 423