Gəncədə boşanmaq istəyən arvadını öldürən ər tutuldu
18:28 06 Sentyabr 2018
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanılıb.
Femida.az-a istinadən xəbər verir ki, sentyabrın 5-də Gəncə şəhər Kəpəz rayon ərazisində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aytac Aslan qızı Tanrıverdiyevanı qətlə yetirən, 1991-ci il təvəllüdlü Elvin Arzu oğlu Nəbizadə tutulub.
Qeyd edək ki, E.Nəbizadə məhkəmə binasının önündə, ondan boşanmaq istəyən həyat yoldaşı A.Tanrıverdiyevanın qarşısını kəsərək üzərində gətirdiyi bıçaqla onun döş qəfəsinə çoxsaylı bıçaq zərbələri vurub. Qadın yaxınlarının köməyi ilə avtomobilə qoyularaq Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 191
Oxşar xəbərlər
- Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb
- Gəncədə ehtiyatda olan polkovnik-leytenantın ölümü ilə bağlı cinayət işi başlanılıb
- Gəncədə kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
- Gəncədə mübahisə zəminində 3 nəfər bıçaqlanıb
- Gəncədə mənzildə qadın meyiti aşkarlanıb
- Gəncədə yaşayış binasında partlayış olub, ölən var
- Gəncədə 152 kq istehlaka yararsız ət aşkarlanıb
- Gəncədə narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb