Varlı tələbədən milli pula hörmətsizlik - İki yüz manatlıqları ayaqları altına səpdi - VİDEO


19:30     06 Sentyabr 2018 2018/09/po_1536234008.jpg

Sosial şəbəkələrdə yayılan görüntülər çoxlarının qəzəbinə səbəb olub.

Femida.az görüntülərə istinadən bildirir ki, Azərbaycan Dövlət İqtisad Universitetnin tələbəsi olan İlkin Süleymanov (videoda tələbə bileti görünür) yeni çıxan iki yüz manatlıq əskinasları əyləşdiyi maşında ayağının altına səpir.

Onun bu davranışı birmənalı qarşılanmayıb. Özünü varlı kimi göstərməyə çalışan İlkini çoxları qudurğan, görməmiş kimi qiymətləndirib.

Hətta bəzi sosial şəbəkə istifadəçiləri bunu milli pulumuza qarşı hörmətsizlik olduğunu deyiblər.

Manat Azərbaycanın milli, siyasi, iqtisadi müstəqilliyinin əlamətlərindən biri, milli rəmzləri sırasındadır. Azərbaycan manatı konstitusiyaya görə Azərbaycan Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır və dövriyyədən çıxarılır. Beləliklə, manat dövlətin mülkiyyətində olduğu üçün ona qarşı hər hansı təhqiramiz və yaxud xoşagəlməz davranış nümayiş etdirmək dövlət əmlakına zərər vurulması kimi hesab edilə bilər.




Femida.az

Açar sözlər: #manat   #pul  

Oxunub: 618