Hicabsız qızların başlatdığı kampaniya: Səni deyirlər dünyada trend oldu

Hicabsız qızların başlatdığı kampaniya: "Səni deyirlər" dünyada trend oldu

22:33     06 Sentyabr 2018 18_09_06_1536234603.jpg

Bu günlərdə İran Azərbaycanı və Tehranda "Səni Deyirlər” adlı bir türk mahnısı ilə evlərində, küçədə, bağda, sinifdə, maşında, hərbi garnizonda və hətta iş yerlərində rəqs edən minlərlə vətəndaşı göstərən videolar sosial şəbəkələr və medianın gündəmindədir.

Bəzi istifadəçilər yazır ki, rəqs edənlər toplumu qəmə və kədərə məhkum edən qadağalara meydan oxuyurlar.

‘Səni Deyirlər’ mahnısı Qarapapaq türklərinin yaşadığı Sulduzda ifa edilən bir yallı havasıdır. İndi minlərlə yeni yetmə, gənc və orta yaşlı qadın və kişi həmin havayla tək ya qrup olaraq rəqslərini videoya çəkib sosial şəbəkələrdə paylaşırlar. Urmiyə şəhəri və Urmiyə Gölü haqqında olan mahnı bu sözlərlə başlayır:

"Urmu dəryası nə üzməlidir (müğənni deyir, qurutdular da), Urmunun bazarı nə gəzməlidir, Urmunun qızları nə sevməlidir...səni deyirlər... məni deyirlər.”


Keçən iyul ayında rəqs videolarını instagramda paylaşan gənc qadın Maidə Hojəbrinin həbsinə dair xəbər İran və dünya mətbuatının gündəmində idi.

‘Səni Deyirlər’ rəqs kampaniyası xüsusilə də bu səbəblə diqqətləri cəlb edib.


Açar sözlər:

Oxunub: 129