Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək
20:55 06 Sentyabr 2018
Sentyabrın 24-25-də Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə Elektron Ticarət Forumu keçiriləcək.
Nazirlikdən AzVision.az-a bildirilib ki, “Bakı E-ticarət Forumu 2018” adlanan beynəlxalq tədbirdə 300-dən çox yerli və xarici nümayəndənin iştirakı gözlənilir. İlk dəfə Azərbaycanda elektron ticarət, elektron ödəniş və logistika xidmətlərini həyata keçirən kiçik və orta sahibkarları, startapları, həmçinin bu sahənin müxtəlif aspektlərinin inkişafı ilə məşğul olan dövlət orqanlarını və beynəlxalq inkişaf agentliklərini bir araya gətirəcək forum Azərbaycanda elektron ticarətin inkişafına təkan vermək məqsədi daşıyır. Forum regionda elektron ticarətin inkişafı üçün müvafiq tövsiyələri nəzərdən keçirmək və praktik tətbiq imkanlarının müəyyən edilməsi üzrə beynəlxalq platforma rolunu oynayacaq.
Beynəlxalq tədbir çərçivəsində elektron ticarətin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunacaq. Sessiyalarda Avropa İttifaqı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış edəcək. Tədbir çərçivəsində e-ticarətlə məşğul olan yerli startapların sərgisi də təşkil ediləcək.
Forumda iştirak etmək üçün www.bef2018.az rəsmi səhifəsində qeydiyyatdan keçmək tələb olunur.
Femida.az
Oxunub: 261
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var