Azərbaycan-İtaliya matçını erməni şərh edəcək


17:06     07 Oktyabr 2015 img1910993.jpg


Azərbaycan və İtaliya yığmaları arasında keçiriləcək Avropa-2016-nın seçmə matçını şərh etmək erməni Nobel Arustamyana həvalə olunub.

Femida.az xəbər verir ki, oyunu Rusiya telekanalı “NTV-Plus Futbol2” yayımlayacaq.

Matç oktyabr ayının 10-da Bakıda keçiriləcək və saat 21.00-da başlanacaq.

Nobel Arustamyan italyan futbolu üzrə mütəxəssis hesab edilir. O, “NTV-Plus” kanalında İtaliya çempionatı matçlarını şərh edir.

Açar sözlər:

Oxunub: 682