Sürücülər üçün istirahət yerləri qurulacaq - VİDEO


13:18     07 Sentyabr 2018 18_09_07_1536297540.jpg

Magistral yolların kənarında yük və sərnişindaşıma fəaliyyəti olan məşğul olan sürücülər üçün istirahət yerləri qurulacaq.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib. Qurumun sektor müdiri Nuridə Allahyarova deyir ki, ''Beynəlxalq Nəqliyyat Forumu'' keyfiyyət xartiyası müəyyən edib. Azərbaycan da həmin foruma üzv olduğu üçün gələn ildən etibarən qurumun standartlarına uyğun olaraq sürücülərin rahat istrahət etməsi üçün müəyyən yerlər yaradılacaq.

Yüklə yanaşı, sərnişindaşıma ilə məşğul olan sürücülər də həmin məkanlardan istifadə edə biləcəklər.

Nuridə Allahyarova deyir ki, bunun üçün növbəti ildən etibarən həmin avtomobillərə taxoqraf cihazı quraşdırılacaq. Taxoqraf cihazı sürücülərin iş və fasilə rejminin müəyyən edəcək.

Xəbəri eşidən sürücülər də bu məkanların yaradılmasını təqdirəlayiq hesab edirlər. Onlar bunun yol nəqliyyat hadisələrinin azalmasına səbəb olacağını da bildiririlər.

Qeyd edək ki, magistral yol kənarlarında olan istrahət məkanlarından ölkələrarası hərəkət edən əcnəbi sürücülər də istifadə edə biləcəklər. (Xəzər TV)



Femida.az

Açar sözlər:

Oxunub: 306