Axşam saat 10-dan sonra burda park etməyin!


14:21     07 Sentyabr 2018 18_09_07_1536301345.jpg

Neftçilər prospektinin Azneft dairəsindən Rixard Zorge küçəsi ilə kəsiməsinədək olan hissəsində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.


Femida.az xəbər verir ki, bu barədə AAYDA və BNA birgə məlumat yayıb. İşlər axşam saat 22:00–da başlayaraq səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən rənglənmə işlərinin aparılmasına mane olmamaları üçün qeyd olunan müddət ərzində prospektdə Dənizkənarı Bulvar boyunca avtonəqliyyat vasitələrini park etməmələri, bundan başqa prospektdə gecə saatlarında hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Açar sözlər:

Oxunub: 327