Moskva İrəvanın arzusunu ürəyində qoydu
14:58 07 Sentyabr 2018
Moskva MDB məkanında dövlətlərarası axtarışa verilən Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Mikael Arutyunyanın Rusiya ərazisində axtarışına xitam verib.
AzVision.az xəbər verir ki, bu barədə “İnterfax” etibarlı mənbələrinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, 2008-ci ilin 1 mart hadisələri üzrə açılan cinayət işi çərçivəsində Arutyunyana qarşı irəli sürülən ittiham materialları ilə tanışlıqdan sonra erməni generalın Rusiya federasiyası ərazisində axtarışının ləğv edilməsi barədə qərar qəbul edilib.
Bununla da, Arutyunyanın Rusiya ərazisində sərbəst gəzməsi üçün heç bir təhlükə yoxdur və o, həbs edilə bilməz. Lakin mənbə bildirib ki, əgər Arutyunyan MDB-nin digər ölkələrinə gedərsə həbs olunaraq Ermənistana ekstradisiya oluna bilər.
O da qeyd olunub ki, erməni generalın həbs olunaraq İrəvana təhvil verilməsi barədə Moskvaya müraciət birbaşa Ermənistan Prokurorluğu tərəfindən yox, dövlətlərarası axtarış xətti ilə daxil olub. O da maraqlıdır ki, həbs orderi ilə bağlı İrəvanın müraciətində hətta Arutyunyanın Moskvadakı yaşayış ünvanına qədər dəqiq məlumat göstərilib. Lakin rəsmi İrəvan və Ermənistanın hüquq-mühafizə orqanları bundan əvvəl verdikləri bəyanatlarda bildiriblər ki, axtarışda olan sabiq müdafiə nazirinin harada olduğu barədə heç bir informasiyaya malik deyillər.
Xatırladaq ki, bundan əvvəl Rusiya administrasiyasındakı digər mənbə “İnterfax”a bildirmişdi ki, “Moskvada ekstradisiyadan imtina ilə bağlı ilkin qərar qəbul edilib. Çünki Mikael Arutyunyan 2002-ci ildən etibarən Rusiya vətəndaşlığına sahibdir. Rusiya konstitusiyasına görə isə, ölkə vətəndaşları hətta cinayət törədiblərsə belə, xarici ölkələrə təhvil verilmir.”
Oxunub: 407
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"