Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu aparılacaq


16:42     07 Sentyabr 2018 18_09_07_1536309846.jpg

Sentyabrın 8-də 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu aparılacaq.


Femida.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə isə musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə 42, digər fənlər üzrə 48 bal müəyyən edilib.

Açar sözlər:

Oxunub: 200