Qayınatasını döyən azərbaycanlı dünya çempionu həbs olundu


19:26     07 Sentyabr 2018 18_09_07_1536319641.jpg


Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov həbs olunub.

Femida.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, idmançının həbsinə səbəb qayınatasını vəhşicəsinə döyməsidir.

Belə ki, E.Məcidov qayınatasının yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəmnində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.

Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub. İdmançı 2 gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, Ehram Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisidir. E.Məcidov Azərbaycan Kunq Fu Federasiyasının vitse-prezidentidir.

Femida.az

Açar sözlər: çempion  

Oxunub: 522