“Azərsu”-ya 52 min müraciət edilib
23:28 07 Sentyabr 2018
2018-ci ilin 8 ayında “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərindəki “Azərsu” ASC-nin xidmət bölmələrinə 52 minə yaxın müraciət edilib.
Femida.az "Azərsu" ASC-yə istinadən xəbər verir ki, qurumun ölkə Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir. 2018-ci ilin yanvar-avqust aylarında bu mərkəzlərdə “Azərsu”yun təqdim etdiyi xidmətlərdən istifadə artıb.
2018-ci ilin 8 ayında “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı, ümumilikdə, 51829 müraciət edilib. Müraciətlərin 21609-u “ASAN xidmət”, 30220-i isə “ASAN kommunal” mərkəzlərində qeydə alınıb. Ötən müddətdə edilən müraciətlər arasında smart kartlara yükləmələr haqqında məlumatın verilməsi, texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib.
Femida.az
Oxunub: 209
Oxşar xəbərlər
- "Azərsun Sənaye Parkı”nda yanğın söndürülüb
- Kəmaləddin Heydərov: "İlkin ehtimala görə, "Azərsun Sənaye Parkı”nda yanğın karton tullantılardan başlayıb"
- Xəzərdə “Azərsu”nun 640 min manatlıq əmlakını oğurlayan şirkət rəhbərlərinə hökm oxunub
- "Azərsu" ASC-nin əməkdaşını tüfənglə təhdid edən şəxs tutulub
- "Azərsu": “Qarabağda yeni su mənbələri müəyyənləşdiriləcək"
- "Azərbaycanfilm" "Azərsu" ASC-ni məhkəməyə verib
- "Azərsu" Şollar su kəmərinin layihələndirilməsinə 2 mln manat xərcləyəcək
- "Azərsu"da yeni təyinat olub
- “Azərsu” sabahdan gücləndirilmiş iş rejiminə keçir
- Özünü “Azərsu” əməkdaşı kimi təqdim edən fırıldaqçı ifşa olundu