Maliyyə naziri: “Vergi güzəştləri ləğv olunacaq”


18:05     07 Oktyabr 2015 37816.jpg

“Gələn ilin dövlət büdcəsində Dövlət Neft Fondundan asılılıq azaldılıb”.


Femida.az-ın məlumatına görə, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasında 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, gələn il Dövlət Neft Fondundan büdcəyə 6 milyard manat vəsait transfer olunacağını qeyd edib. Nazir neft gəlirlərinin azalmasının qeyri-neft sektorunun inkişafına təsir göstərəcəyini bildirib.

S.Şərifov növbəti ildə bir neçə yeniliklərin olacağını diqqətə çatdırıb:

“Yeniliklərdən biri qeyri-neft sektorundan gəlirlərin artırılmasıdır. Digərləri isə vergi sahəsinə aiddir. Belə ki, gələn il vergi güzəştlərinə yenidən baxılacaq. Güzəştlər məhdudlaşdırılacaq və hətta ləğv olunacaq. Vergilərin sadələşdirilməsi istiqamətində isə əməli işlər aparılacaq ki, bu da sahibkarlığın inkişafına şərait yaradacaq. Sahibkarlığın inkişafı isə dövlət büdcəsinə əlavə gəlirlər gətirəcək”.

Açar sözlər:

Oxunub: 1155