ABŞ Dövlət Departamentinin rəsmisi Bakıda səfərdədir
00:23 08 Sentyabr 2018
ABŞ Dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin baş müavini Brayan MakFiters Bakıda keçirilən Rəqabətlik Forumunun işinə qatılıb və Azərbaycan hökumətinin yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib.
ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, B.MakFitersin sözügedən forumda iştirakı ABŞ və Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığını nümayiş etdirərək ABŞ-da istehsal olunan malların ixracına təkan verir.
Bununla yanaşı səfər həmçinin Azərbaycanın investisiya mühitinin təkmilləşdirilməsinə və xarici investorların cəld edilməsinə yardım göstərir. Forumdan əvvəl B.MakFiters, müvəqqəti işlər vəkili Vilyam R.Gil ilə birgə iqtisadi islahatlar və biznes mühitini müzakirəsi məqsədilə Azərbaycanda fəaliyyət göstərən Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşüb.
B.MakFiters və müvəqqəti işlər vəkili Gill ikitərəfli əməkdaşlıq sahələrinin müzakirəsi məqsədilə vergilər naziri, iqtisadiyyat naziri və xarici işlər nazirnin müavini ilə də görüşlər keçiribər.
Femida.az
Oxunub: 224
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- Ağ Ev Rusiyanı ABŞ-ın məhbus mübadiləsi təklifini qəbul etməyə çağırıb
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
- Ukrayna XİN ABŞ-ı silah tədarükünə nəzarət tələblərindən imtina etməyə çağırıb
- Sabah Abşeron rayonunun bəzi qəsəbələrində qaz olmayacaq