Evində narkotik yetişdirdi - Şəkidə qəribə hadisə


15:51     08 Sentyabr 2018 18_09_08_1536393216.jpg

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkini ilə məşğul olan şəxs saxlanılıb.


DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, sentyabrın 7-də daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini, əvvəllər məhkum olunan Sadiq Mustafayev saxlanılıb. Keçirilən tədbirlərin davamı olaraq onun şəhər ərazisində yerləşən yaşadığı evə də baxış keçirilib.

Orada dibçəklərdə əkilən və xüsusi qaydada qulluq edilərək yetişdirilən 4 ədəd çətənə bitkisi, eyniadlı bitkinin qurudulan gövdələri və 3 kq 246 qr qurudulan marixuana aşkar edilərək götürülüb. Faktla bağlı ŞRPŞ-də araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 246