Bakıda kirayədə yaşayan şəxs bıçaqlandı


16:26     08 Sentyabr 2018 bicaq.jpg


Bakıda kirayədə yaşayan şəxs bıçaqlanıb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Sabunçu rayon Polis idarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Mətləb Zalov saxlanılıb.

Femida.az

Açar sözlər: bıçaq  

Oxunub: 235