Gürcüstana silah keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb


18:45     09 Sentyabr 2018 hebs.jpg

Gürcüstana qanunsuz yolla silah keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, istintaqla müəyyən olunub ki, 1977-ci il təvəllüdlü Ermənistan vətəndaşı “Qequti” sərhəd keçid məntəqəsindən Gürcüstana “Makarov” tipli tapança və 3 patron keçirməyə çalışıb.

Ermənistan vətəndaşını 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Açar sözlər:

Oxunub: 264