Son 10 ildə ana ölümlərinin dəhşətli statistikası


21:30     09 Sentyabr 2018 18_09_09_1536497264.jpg

Son 10 ildə Azərbaycanda qeydə alınan ana ölümlərinin sayı açıqlanıb.

Femida.az bildirir ki, modern.az-ın Dövlət Statistika Komitəsinin göstəricilərinə istinadən verdiyi xəbərə görə, 2007-2017-ci illərdə respublikada hamiləlik, doğuş zamanı və zahılıq dövründə ölən anaların sayı ümumilikdə 327 nəfər olub.

Belə ki, 2007-ci ildə 54 nəfər, 2008-ci ildə 40 nəfər, 2009-cu ildə 37 nəfər, 2010-cu ildə 26 nəfər, 2011-ci ildə 27 nəfər, 2012-ci ildə 26 nəfər, 2013-cü ildə 25 nəfər, 2014-cü ildə 25 nəfər, 2015-ci ildə 24 nəfər, 2016-cı ildə 22 nəfər, 2017-ci ildə 21 nəfər qadın doğuş zamanı və ya zahılıq dövründə dünyasını dəyişib.

Mütəxəssislər respublikada baş verən ana ölümlərinin rəsmi statistikadakı rəqəmlərdən daha çox olduğu qənaətindədir.

Açar sözlər:

Oxunub: 252