Bakıda kirayə mənzil problemi - Qiymətlər artıb
13:14 10 Sentyabr 2018
Sentyabr ayı başlayar-başlamaz kirayə mənzil bazarında canlanma var. Həm universitetlərin açılması, həm də insanların yay istirahətindən paytaxta qayıtması kirayə ev tapmağı müşkül məsələyə çevirib.
Femida.az XəzərXəbər-ə istinadən bildirir ki, kirayə mənzil axtaranlar büdcəsinə uyğun mənzil tapa bilmədiklərini deyirlər. Rieltorlar isə əvvəlki aylara nisbətən kirayə qiymətlərinin artdığını deyir.
Tələb çox, mənzil isə tapılmır. Sentyabr ayının ilk günlərindən başlayaraq kirayə mənzil bazarında aktivlik müşahidə edilir.
Mənzil axtaranlar kirayə ev tutarkən əsasən metroya yaxın olmasına üstünlük verirlər. Buna görə də, metro yaxınlarında ev tapmaq ya baha başa gəlir, ya da ümumiyyətlə tapmaq mümkün deyil.
Rieltorlar da tələbin çox olmasına baxmayaraq, kirayə üçün təklif edilən evlərin az olduğunu deyirlər.
Yay aylarında mənzillər nisbətən ucuz olsa da hazırda qiymətlər artıb.
Qarşıdakı aylarda qiymətlərin nisbətən ucuzlaşacağı gözlənilir.
Femida.az
Oxunub: 233
Oxşar xəbərlər
- Mingəçevirdə keçmiş məhkumun kirayədə yaşadığı evdən qumbara və heroin aşkarlanıb
- Prezidentdən kirayə mənzillərlə bağlı FƏRMAN - Bu qayda LƏĞV OLUNDU
- Oğurladığı pulla Bakıda özünə kirayə ev tutan şəxs saxlanılıb
- Bakıda gənc oğlan kirayə qaldığı evdə bıçaqlanıb
- DİN: Cinsi azlıqların kirayə götürdüyü mənzillərlə bağlı fakt araşdırılır
- Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı - FOTO
- Azərbaycanda dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 700-ü ötüb
- Azərbaycanda satmaq öhdəliyi ilə kirayə şərtləri sadələşdirilib
- Hərbçilərə verilən kirayə pulunun artırılması təklif olundu
- 601 mənzil dövlət xətti ilə kirayə verilib