Sarkisyan: "Ermənistanla Rusiya arasında dərin gərginlik..."


14:02     10 Sentyabr 2018 18_09_10_1536559382.jpg


Sentyabrən 8-də Moskvada keçirilən olan Paşinyan-Putin görüşü barədə Ermənistan prezidenti Armen Sarkisyan açıqlama verib.

Femida.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, Ermənistan hökuməti üçün bu görüşün xüsusi əhəmiyyət daşıdığını deyib:

“İki ölkə arasındakı əlaqələrdə hər hansı gərginlik gözlənilmir. Bu fikirlər absurddur. Ermənistanla Rusiya arasında davamlı, əhatəli və dərin gərginliklər gözləmirəm. Ümumiyyətlə, belə bir şeyin nə vaxtsa baş verəcəyini belə düşünmürəm. Iki ölkə rəhbərliyi arasındakı hər yeni görüşdən xalq yeni dəyişikliklər gözləməməlidir. Ermənistan və Rusiyanın əsrlər boyu davam edən əlaqələri var. Odur ki, analoji görüşlər mütəmadi olmalıdır”.

Qeyd edək ki, Paşinyanla Putinin 8 sentyabrdakı görüşü sayca üçüncü olub. Onların ilk görüşü 14 mayda Sankt Peterburqda Avropa İqtisadi Birliyinə üzv ölkələrin konfransında reallaşmışdı. İkinci görüş isə 13 iyunda futbol üzrə dünya çempionatının açılış mərasimi ərəfəsində Moskvada keçirilmişdi.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Ermənistan   #Rusiya   #Putin   #Paşinyan   #Sarkisyan   #siyasət  

Oxunub: 245