Astarada REYD: 2 min manatlıq ziyan vurulduğu aşkar edildi
14:14 10 Sentyabr 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, reyd zamanı Astara rayonu Şüvi bələdiyyəsinə məxsus ərazidə köküstə yaş 14 ədəd müxtəlif cinsli ağacın kəsildiyi və təbiətə 2110 manat məbləğində ziyan dəydiyi məlum olub.
Araşdırma zamanı ağacların Astara rayon sakini Cavanşir Məmmədov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Astara rayon Prokurorluğuna göndərilib.
Femida.az
Oxunub: 206
Oxşar xəbərlər
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- İsmayıllı və Tovuzda qanunsuz ağac kəsilməsi aşkarlanıb
- Sabah hava küləkli olacaq, yağış yağacaq
- Binəqədidə ağacı zədələyən şəxs cəzalandırılıb
- Küləkli hava şəraiti həftə sonunadək davam edəcək, arabir yağış yağacaq
- Zaqatalada 40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanılıb
- Sabah Bakıda külək olacaq, rayonlarda yağış yağacaq
- İmişli, Zaqatala və Yardımlıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi açılıb
- Bakıda külək əsəcək, rayonlara yağış yağacaq