Vəkil Loğman Abdullayevin bəyanatı


15:26     10 Sentyabr 2018 2018/09/33116207_1080003952150333_7845925292873875456_o_1536564310.jpg

Vəkillər Kollegiyasının üzvü, vəkil Loğman Abdullayevin bəyanatı:



Bu günlərdə bəzi adını mətbuat nümayəndəsi qoyan jurnalistlər, guya siyasi fəaliyyətlə məşğul olan və müxalif düşüncələrə malik olan bəzi insanların “müdafiəsiz qaldığı”ı haqda məqalə yazdılar.

Vəkillər Kollegiyası dərhal bunu reaksiya verərək təkzib edən məqalə ilə çıxış etdi. “Amerikanın səsi” radiosuna audio müsahibə verən sədrimiz Anar müəllim faktlarla bir-bir bunun sırf növbəti qarayaxma olduğunu bəyan etdi.

Mən də bir vəkil olaraq bizə atılan bu “çamura” cavab olaraq bəzi mülahizələrimi bölüşmək istəyirəm.

Əgər bir az,çox da uzaq olmayan tariximizə baxsaq, ölkəmizdə hüquqi islahatların həyata keçirilməsinin təmin edilməsi məqsədilə Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı. Həyata keçirilən islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq-mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir.

“Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”,”Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Qanunlar və digər qanunların qəbul edilməsi ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmışdır.Ölkəmizdə konstitusion hüquqların təminatının həyata keçirilməsində Konstitusiya Məhkəməsi,Ali Məhkəmə (digər məhkəmələr),Prokurorluq və s. hüfuzlu dövlət qurumları sırasında Vəkillər Kollegiyasının da yer alması vəkillik fəaliyyətinin nə qədər məsuliyyətli bir qurum olmasının bariz sübutudur.

Hüquq sahəsinin müxtəlif sahələrində inkişaf mərhələsi müxtəlif zamanlara təsadüf edir.Bunun da obyektiv və subyektiv səbəbləri var.
Vəkilliyin yeni inkişaf mərhələsinə qədəm qoyması keçən ilin dekabr ayından başladı.
Vəkillər özlərinə yeni sədr və rəyasət heyətinə yeni tərkib seçdi.Bununla da vəkillik institutu həm kəmiyyət,həm də keyfiyyətcə tanınmaz dərəcədə yaxşıya doğru addımlamağa başladı.

Özünün rəsmi internet sayıtını,bütün vəkillərin elektron reyestrini yaradan kollegiya,həmin gündən,özünü cəmiyyətə və ictimayyətə açıq elan etdi.
Bir neçə ayın içində 4 ildən bəri baş tutmayan vəkilliyə üzvlüklə bağlı yazılı və şifahi imtahanlar keçirdi və indi vəkillərin sayı 1500 nəfərdən çoxdur.Və bu günlərdə sədrimiz müsahibələrinin birində bildirdi ki,ilin sonuna kimi növbəti imtahanlar təşkil olunması gözlənilir.

Təzə seçilən sədrimiz qurumda birləşən vəkillərə sərbəst,heç kimdən asılı olmayaraq fəaliyyət göstərməyin qarantı olmaqla biz vəkillərinin qarşısında bir neçə sərt tələblər də qoydu.
Birinci növbədə formal vəkillik anlayışından imtina edilməsini,dövlət hesabına təyin olunan vəkillərdən öz vəzifə borcuna vicdanla və namusla yanaşmağı tələb edən sədr, sanki biz vəkillərə Bayraq qarşısında içdiyimiz “Andı” və məsuliyyətli olmağımızı bir daha yadımıza saldı.Cəmiyyətin inkişafı, yeni iqtisadi münasibətlərə keçid hüququn hər sahəsində olduğu kimi,vəkillik fəaliiyətində də daimi yeniləşmə və inkişaf tələb edir.

Qeyd etmək lazımdır ki, Vəkillərin fəaliyyəti Azərbaycan Respublikasının konstitusiyası, eləcə də Azərbaycan Respublikası qanunları ilə tənzimlənir.Bu gün insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyər verən müstəqil Azərbaycan Respublikasının hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında vətəndaşlarımıza yüksək keyfiyyətli hüquqi yardım göstərilməsində Vəkillər Kollegiyasının rolu əvəzsizdir. Sədrimiz Anar Bağırovun təşəbbüsü və rəhbərliyi, həyata keçirilən məqsədyönlü tədbirlər və qanunlara dönmədən riəyət etməyi tələb etməyi ədalət mühakiməsinin sütunu olan çəkişmə prosesində müdafiə sisteminin möhkəm və dayanıqlı əsasını yaratmışdır.

Ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasını vəkilliyin iştirakı olmadan təsəvvür belə etmək çətindir.

Bu şərəfli peşənin bir nümayəndəsi olaraq əminləklə deyə bilərəm ki, vətəndaşlarımızın yüksək peşəkar hüquqi yardım almaq kimi konstitusiyon hüquqları etibarlı əllərdədir.
Əlbəttə bu görülən işlərlə kifayətlənmək olmaz,həyat davam edir.Ümumiyyətlə islahatların sonu olmur.Azərbaycanda vəkillik peşəsinə maraq göstərənlər təkcə gənc hüquqçular deyil,son zamanlar hüquq elmiləri doktorlarının sıralarımıza qoşulması yuxarıda qeyd etdiklərimin sübutu olmaqla yanaşı, vəkillik institutunun elmi potensialının artaması kimi də başa düşülməlidir.

Artıq kollegiyamızda 7 professor vəkil üzvlərimiz var və onlar rəhbərliyin göstərişi ilə kollegiya tərəfindən mütəmadi olaraq təşkil olunan treninqlərdə və kurslarda böyük həvəslə öz bilikləri ilə bölüşür və vəkilliyin, ümumiyyətlə hüququn nəzəriyyəsinin gündəlik fəaliyyətə tədbiqini aşılıyırlar.

Femida.az

Açar sözlər: #vəkil   #Loğman_Abdullayev   #Vəkillər_Kollegiyası   #Etiraz  

Oxunub: 5028