67 dövlət əmlakı hərraca çıxarılacaq


16:55     10 Sentyabr 2018 2018/09/herrac-(1)_1536569801.jpg

Dövlət əmlak idarəçiliyində müasir mexanizmlərin tətbiqi, innovativ imkanların istifadəsi özəlləşdirmə prosesində də geniş imkanlar yaradır. Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hərraclarda əlçatan mühit və investor rahatlığı təmin olunur.


Hər kəs Elektron hərrac sisteminin təklif etdiyi üstünlüklərdən yararlanaraq müxtəlif kateqoriyalı əmlakların sahibinə çevrilə bilər. Özəlləşdirmə portalında mövcud siyahıdan seçim edən şəxs, elə oradan elektron sifariş verir. Təyin olunmuş vaxtda həm sifarişçilər, həm də prosesə maraq göstərən digər şəxslər onlayn və canlı formada hərracda iştirak edə bilər.

Komitə tərəfindən növbəti hərraclardan biri oktyabrın 9-u keçiriləcək.

Komitədən Femida.az
-a verilən xəbərə görə, bu dəfəki hərraca ümumilikdə 67 dövlət əmlakı çıxarılıb. Onlardan 17-si səhmdar cəmiyyəti, 33-ü kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri Şirvan, Bərdə, Lənkəran, Xaçmaz kimi şəhər və rayonlarda yerləşir. Bu kateqoriyadan olan dövlət əmlaklarının 30-45% intervalında səhm paketləri prosesə çıxarılıb. Xəzər Avtonəqliyyat, Daşkəsən Aqrotexservis, Beyləqan Buzxana kimi səhmdar cəmiyyətləri təmir-tikinti, nəqliyyat, kənd təsərrüfatı və digər sahələr üzrə fəaliyyətə imkan verir.

Bütün kiçik dövlət müəssisələrinin torpaq və tikili üzrə ilkin hərrac qiymətləndirilməsi ayrılıqda aparılıb. Özəlləşməyə çıxarılan müxtəlif sahələrə aid bu dövlət əmlaklarının yüksək biznes perspektivləri mövcuddur. Bu obyektlərin ümumi faydalı sahəsi 36 kv.m ilə 9297 kv.m aralığındadır. Paytaxtın Qaradağ rayonunda Əmlak kompleksi, Goranboydakı Yardımçı təsərrüfat və digər dövlət əmlakları investora gəlir qazandıra bilər. Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən "Aydınlıq" şadlıq evinin ümumi faydalı sahəsi 405 kv.m-dir. Fəaliyyətinin bərpası bu dövlət əmlakını xidmət sahəsində yüksək gəlirli obyektə çevirə bilər.

Bu dəfə özəlləşməyə çıxarılan qeyri-yaşayış sahələrinin 13-ü Bakıda, 2-si Gəncədə, digərləri isə Samux və Sabirabadda yerləşir. Obyektlərin ümumi faydalı sahəsi 10 kv.m ilə 190 kv.m intervalındadır.

Sadələşdirilmiş hərrac prosesinə qoşulmaq istəyən şəxslər komitənin rəsmi internet səhifəsi (www.emdk.gov.az) və Özəlləşdirmə portalının (www.privatization.az) müvafiq bölməsinə daxil ola bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 330